Masallıda Bahar Festivalı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı təşkil olunub.

Metbuat.az xəbər verir ki, Masallı rayonunda keçirilən festivalda “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağızadə açıqlama verib:

“Bu gün Masallı rayonunda "ASAN Həyat" komplekslərində keçirilən sonuncu bahar festivalına start verilib. Tədbir ayın 19-a qədər davam edəcək. Bundan öncə Quba və Şəkidə eyni festival keçirilib. Masallıda da adı çəkilən rayonlarda olduğu kimi təşkilatlar və qurumlar öz Novruz adət-ənənələri ilə çıxış edirlər. Burada yarmarkalarla yanaşı konsert proqramıda təşkil olunub. Konsert martın 19-a qədər davam edəcək. Növbəti illərdə belə konsertlərin keçirilməsi nəzərdə tutulur".

Sevinc Kərimova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR