Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək (FOTO, VİDEO)

Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək (FOTO, VİDEO)
15:15 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov – Trend:

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Novruz” kolleksiyası martın 21-22-də Şəhrisəbzdə (Özbəkistan) keçiriləcək II Beynəlxaq Milli Geyim Festivalında təqdim ediləcək.

Trend-in məlumatına görə, festivalın təşkilatçılarından olan Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsindən bununla bağlı dəvət alınıb.

Novruz bayramına həsr olunmuş tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdirəcəklər.

Festival çərçivəsində yerli və əcnəbi dizaynerlərin dəb nümayişləri, yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçılarının çıxışları baş tutacaq.

Tədbirin təntənəli bağlanış mərasimində festivalda təqdim olunmuş ən yaxşı kolleksiyaların müəlliflərinin mükafatlandırma mərasimi keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3034834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR