Ceyranbatan qəsəbəsində "Opel" yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və ön təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.