“IX sinif buraxılış imtahanlarının nəticələri...” - Məleykə Abbaszadə

“IX sinif buraxılış imtahanlarının nəticələri...” - Məleykə Abbaszadə
10:29 19 Mart 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

“Bu il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IX sinif şagirdləri üçün 3 istiqamətdə buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında yeni növ tapşırıqlardan istifadə olunub. Texniki nöqteyi-nəzərdən imtahanlar tam qüsursuz bitib”.
 
ONA-nın xəbərinə görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-yə müsahibəsində deyib.
 
O bildirib ki, IX sinif buraxılış imtahanlarının nəticələri may ayına qədər elan ediləcək: “Martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələrinin yoxlanılması prosesi davam etməkdədir. Bu proses yeni bir prosesdir. Biz uzun illər qapalı testlərin nəticələrini 2 gün ərzində elan edirdik. İndi isə yazı işlərinin yoxlanılmasında mütləq ekspertlər iştirak etməlidirlər. Bu proses mürəkkəb prosesdir. Düşünürəm ki, IX sinif buraxılış imtahanlarının nəticələri may ayına qədər elan ediləcək”.
 
DİM sədri qeyd edib ki, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən IX sinif şagirdləri üçün mayın 31-də əlavə imtahan keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR