"Çelsi" "Real"ın 82 milyonluq təklifini qəbul etmədi

"Çelsi" "Real"ın 82 milyonluq təklifini qəbul etmədi
15:42 19 Mart 2019
129 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"-nin yarımmüdafiəçisi Eden Hazard yayda klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu "Real"a keçəcəyini gizlətmir.

Bildirilir ki, Hazardın transfer arzusu Zidanın Madrid təmsilçisinə qayıdışı ilə bağlı deyil. Yarımmüdafiəçi "kral klubu" pərəstişkarı olduğu üçün "zadəganlar"dan ayrılır. "Çelsi" 28 yaşlı futbolçunun transferinə 120 milyon avro tələb edir.

İngiltərə mətbuatı "kral klubu"nun 82 milyonluq təklifinin qəbul edilmədiyini yazıb.

Belçikalının "Çelsi" ilə müqaviləsi 2020-də başa çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR