Hərbi Prokurorluğun əməkdaşları tərəfindən 115 hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib

Ümummilliliderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusuHeydər Əliyevin Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artırılıb.

Ulu öndər Heydər Əliyev Ordunun xalqımızın tərkib hissəsi olmasını vurğulamaqla, dövlətin, xalqın qayğısı ilə əhatə olunmasını, hər kəsin Orduya qayğı göstərməsini tövsiyə edib.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.

Azərbaycan Respublikası Hərbi prokurorluğunun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə qanunvericiliyin tələblərinə tam və dönmədən əməl olunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında Hərbi Prokurorluğunun yüksək vəzifəli işçiləriadıçəkilən qurumların rəhbər vəzifəli əməkdaşları ilə birgə mütəmadi olaraq səmərəli işlər görür, o cümlədən tədbirlər təşkil edir, həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılır, eləcə də, onların fərdi qəbullarının keçirilməsi təmin olunur.

Eyni zamanda, yaşayış məntəqələrindən uzaqda, xüsusilə düşmənlə təmas xəttində və çətin şəraitdə qulluq edən hərbi qulluqçuların vətənpərvərlik və döyüş ruhunu, əhval-ruhiyyəsini yüksəltmək, onların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək məqsədilə hər il olduğunu kimi 2019-cu ildə də Novruz bayramıərəfəsində Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-nin Daxili Qoşunları ilə birgə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş, həmin qurumların, eləcə də Rayon İcra Hakimiyyətləri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilib.

Bayram ərəfəsində qeyd edilən Tədbirlər planları Respublika Hərbi Prokurorluğu, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-nin Daxili Qoşunları, Rayon(şəhər) İcra Hakimiyyətləri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən 18-19 mart 2019-cu il tarixlərdə tam şəkildə, uğurla icra edilərək, Mudafiə Nazirliyi üzrə 15, Dövlət Sərhəd Xidməti üzrə 5, DİN-nin Daxili Qoşunları üzrə 4 hərbi hissədə tədbirlər keçirilməklə, cəbhə boyu yerləşən bütün hərbi hissələri əhatə etmişdir. Həmin tədbirlərdəhəmçinin Bakı şəhəri Binəqədi, Xəzər rayonları, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax şəhərlərinin, eləcə də Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Beyləqan, Göygöl, Daşkəsən, Tərtər, Tovuz, Goranboy, Gədəbəy, Qazax, Zaqatala və Qusar rayonlarının İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etməklə, tədbirlərin mədəni-kütləvi hissəsinin-konsert proqramlarının, özfəliyyət kollektivlərinin şəxsi heyət qarşısında çıxışlarının yüksək səviyyədə təşkil olunmasını təmin ediblər.

Tədbirlər zamanı Respublika Hərbi Prokurorluğunun yüksək vəzifəli işçiləritərəfindən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən möhtəşəm sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, onun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının davamlı olaraq yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizəbarədə şəxsi heyətqarşısında çıxışlar edilib.

Bununla yanaşı həmin tədbirlər zamanı xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırmaq, digər hərbi qulluqçuların da nümunəvi xidmətini stimullaşdırmaq məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən 115 nəfər hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR