Bakı, 4 may, AZƏRTAC
Azərbaycanın dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e- xidmətlərin sayı 417-yə çatıb. Dövlət saytlarında isə 481 elektron xidmət yerləşdirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC- a verilən məlumata görə, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 333-ü portala inteqrasiya olunub.