Orbanın partiyası Avropa Xalq Partiyasının sıralarından kənarlaşdırılıb

Orbanın partiyası Avropa Xalq Partiyasının sıralarından kənarlaşdırılıb
12:37 21 Mart 2019
65 Dünya
Ölkə mətbuatı
A- A+

Macarıstanın baş naziri Viktor Orbanın "FİDES-Macarıstan vətəndaş birliyi" partiyası" Avropa Xalq Partiyası (AXP) sıralarından müvəqqəti olaraq kənarlaşdırılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Avropa Birliyinin ən böyük partiyası "FİDES"i Birliyin institutları haqqında dezinformasiyalar yaymaqda suçlayıb. Qərarı jurnalistlərə partiyanın qurultayından sonra onun sədri Cozef Dol açıqlayıb.

"FİDES"in üzvlüyü növbəti qərara qədər dayandırılıb. Bu qətnaməyə partiyamızın 190 üzvü lehinə, 3 nəfər əleyhinə səs verib. Üzvlüyün dayandırılması partiyanın müxtəlif görüşlərdə iştirakına qadağa gətirilməsi, onun səs hüququndan məhrum edilməsi, namizədlərini AXP-nin rəhbər orqanlarına irəli sürə bilməyəcəyi anlamına gəlir", - Cozef Dol bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR