Minsk, Tbilisi və Bakı dəmir yolu üzrə konteyner daşınmalarını müzakirə edəcək
Paylaş
·77 baxış·1 dəq oxu
Belarus, Gürcüstan və Azərbaycan Tbilisi - Bakı - Minsk marşrutu üzrə dəmir yolu konteyner marşrutunun təşkil edilməsi imkanları üzərində işləyəcək. "Report" BELTA-ya istinadən xəbr verir ki, bu barədə qərar Belarus-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının V iclası zamanı qəbul olunub. İclas 19-22 mart tarixlərində Gürcüstanda keçirilib.