Psixoloq uşaqları intihara sövq edən oyunlardan danışdı

Psixoloq uşaqları intihara sövq edən oyunlardan danışdı
12:32 25 Mart 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütün dünyada yayılan və yeniyetmələr arasında intiharlara səbəb olan "Momo Challange" oyunu Türkiyədə də təşviş yaradıb. Bu səbəbdən Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Uşaq Xidmətləri Baş Müdirliyi tərəfindən ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsindən oyunun ölkədə yayılmasının qarşısının alınması tələb edilib.

Milli.Az xəbər verir ki, psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, kompüter və internet oyunları artıq həyatımızın reallığına çevrilib: "Bu reallığı dəyişmək olmaz. Doğrudur ki, o oyunların içində periodik olaraq mənfi təsir göstərənləri də var.

Buna görə də, valideynlərin uşağın internetdən istifadəsinə nəzarəti vacibdir. Valideyn bilməlidir ki, uşaq internetdə nə oynayır, kimlərlə ünsiyyətdə olur, hansı informasiyaları qəbul edir. Bu baxımdan uşaqların internetdən istifadəsi nəzarət altında olmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/741466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR