"Report" xəbər verir ki, yarışda ölkənin 37 klubunun cüdoçuları ilə yanaşı Gürcüstan idmançıları da iştirak ediblər. Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə reallaşan açıq birincilikdə 350-dən çox yeniyetmə medallar uğrunda mübarizə aparıb.
"Regionlar kuboku" açıq birinciliyini ACF-in respublika dərəcəli hakimlər briqadası idarə edib. 11 çəki dərəcəsində fərqlənən yeniyetməyə ACF-in diplomları və medallar təqdim olunub.


