Türkiyə PKK liderlərini məhv etdi -

Türkiyə Şimali İraqda keçirdiyi hava əməliyyatında PKK təşkilatının liderlərini məhv edib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyatda PKK-nın sözdə Xarici əlaqələr üzrə məsul şəxsi "Navdar" təxəllüslü Mikayil Özdəmir, PKK-nın sözçüsü "Serhat Varto" təxəllüslü Əmrulla Dursun və sözdə Kandil bölgəsindən məsul şəxs "Sinan Sor" ləqəbli Əli Ağdaş öldürülüb.

PKK-nın kapitanı Cəmil Bayıkın yaxın adamı Rıza Altun isə Kandil istiqamətində hazırlanan hava hərəkatı ilə zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR