"Prezident İlham Əliyevin sosial islahatlar paketinin tərkib hissəsi kimi təkcə bu il imzalanan fərman və sərəncamların təqribən 3 milyona yaxın insanı əhatə edərək, onların rifahında müsbət dəyişikliklərə imkan yaradıb".

Metbuat.az-ın məlumatına görə, bunu diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan islahatlar barədə məlumat verən Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir bildirib ki, imzalanan sənədlər sosial sahədə inqilabi xarakter daşıyan önəmli irəliləyişlərə səbəb olub: "Minimum əməkhaqqının və minimum pensiyanın məbləği təxminən 40 faiz, 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. Minimum pensiya artımından sonra ölkəmiz MDB-də alıcılıq qabiliyyəti indeksi üzrə Qazaxıstanla ilk yeri bölüşür".

Günay Elşadqızı / METBUAT.AZ