"Azərbaycanda son 15 ildə aparılan uğurlu islahatlar nəticəsində 230 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Xarici investisiyanın həcmi 110 milyarddan artıqdır". Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda şıxış edən Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyev bildirib. DGK sədri rəhbərlik etdiyi qurumda həyata keçirilən fəaliyyət haqqında məlumat verərkən deyib ki, bütün dövlət qurumları gələcək risklərin müəyyən edilməsi və onun təsirlərinin aradan qaldırılması üçün işlər aparırlar. S.Mehdiyev bildirib ki, son illərdə gömrük sahəsində aparılan islahatlar prezident İlham Əliyevin diqqətində olub:
"Bu sahədə dünya təcrübəsinin öyrənilməsi ilə beynəlxalq praktikada istifadə olunan qanun və qaydaların Azərbaycanda da tətbiqinin başladılması və sona çatdırılması da atılan addəmlardandır. So illərdə böyük inqilabi dəyişikliyə səbəb olacaq xarici iqtisadi fəaliyyət sferasında idxal-ixrac əməliyyatlarını rahatlaşdıracaq qərarların verilməsi, xüsusilə də elektron ticarətin formalaşdırılması istiqamətində idxal əməliyyatlarının elektron vasitəsilə həyata keçirilməsi, elektron bəyənaetmə sistemilə başlayıb. Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa müddət ərzində tamamilə 100 faizlik elektron idarəetmə sisteminə keçə bildi. Azərbaycan bu gün Avropanın ən qabaqcıl gömrük xidmətləri ilə eyni sırada irəliləyir".
Səfər Mehdiyev bildirib ki, risklərin idarə edilməsi konteksində də çox ciddi addımlar atılıb:
"Bununla hər kəsin yoxlanılması deyil, riskə düşmə meyarı olan xarici iqtisadi fəaliyyət iştirakçılarınln xüsusi gömrük yoxlanmasına alınması ilə idxal-ixrac əməliyyatlarının sürətlənməsinə səbəb oldu. Ən önəmli qərarlardan biri cənab prezidentin nağdsız ödənişlərlə bağlı tapşırığıdır ki, son 3 ildir DGK da 100 faiz nağdsız ödənişlər həyata keçirən qurum olaraq fəaliyyət göstərir. Bu da şəffaflığın və korrupsiyaya qarşı mübarizənin aparılmasında bizim ən böyük uğurlarımızdan biridir".
Günay Elşadqızı / METBUAT.AZ