"Bu gün ölkədə müasir iqtisadi şəraitə və qlobal çağırışlara uyğun həyata keçirilən islahatlar, xüsusilə iqtisadiyyatın lokomotivin rolunu oynayan sahibkatlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir".
Metbuat.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda bildirib. Nazir müavinin sözlərinə görə, görülmüş işlər nəticəsində ÜDM-da özəl sektorun payı 80 faizi, məşğulluqda 75 faizi ötüb: "Bu da sahibkarlar üçün ölkədə yaradılmış münbit şərait, biznes mühitinin əlverişliyinin artırılmasıdır. Bu gün ölkədə qoyulan investisiyaların 50 faizini xarici investisiyalar təşkil edir. Bu da ölkədəki əlverişli biznes mühitindən xəbər verir".
Nazir müavini qeyd edib ki, görülən işlər nəticəsində Azərbaycanda sahibkarlar ordusu formalaşıb: "Bu gün Azərbaycan sahibkarları təkcə ölkədə deyil,ölkə xaricində də aktiv rol oynayır ki, bu da Azərbaycanın iqtisadi baxımından tanınmasında mühüm yer tutur".
Günay Elşadqızı / METBUAT.AZ