"Son 10 ildə aparılan islahatlar nəticəsində kənd təsərrüfatının inkişafını izləyirik".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Onun sözlərinə görə, 2018-cu ildə kənd təsərrüfatı məhsulunun 4,6 faizi yüksəlməsi də bunu sübut edir: "Hazırda kənd təsərrüfatı sahəsində idarəetmədə infrastrukturun inkişaf etdirilməsi, göstərilən dövlət dəstəyi tərədbirlərinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində tədbirlər aparılır. Növbəti ildən etibarən fermerlərimiz və bu sahədə fəaliyyət göstərən sahibkarlarımız subsudiyaya müraciəti elektron həyata keçirə biləcəklər. Bu onların həmin resurslara çıxışını asanlaşdıracaq". Nazir müavini qeyd edib ki, ölkə əhalisinin 36 faizinin məşğulluğu kənd təsərrüfatı sahəsindədir: "Bu sahədə çətinliklər də mövcuddur. Çünki kiçik fermer təəssüratlarının mövcudluğu, torpaq və su resurslarının məhdudluğu, bəzən maliyyə resurslarına çıxışın asan olmaması və bu sahədə fəaliyyət göstərən istər sahibkarların, istərsə də digər fiziki şəxslərin bilik və bacarıqlarının azlığı sahənin inkişafına mənfi təsir göstərən amillərdəndir. Nəzərdə tutulan islahatlarda bu sahədə inkişafa nail olmaq hədələnir. Ölkədə 51 aqroparklarım yaradılması nəzərdə tutulur ki, onlardan artıq 17-i formalaşdırılıb". İlhamə Qədimova bildirib ki, 100 min hektardan artıq torpaq bu sahədə işlərin görülməsi üçün ayrılıb: "Hədəflənən torpaq resursu bu sahədə 200 min hektardan çoxdur".

Günay Elşadqızı / METBUAT.AZ