"Prezident İlham Əliyev tərəfindən 3 məşğulluq proqramı qəbul olunub. Bunlardan artıq ikisi icra olunub".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, bu günlərdə üçüncü məşğulluq proqramının icrası ilə bağlı tədbirlər planı hazırlamışıq: "Bu yaxınlarda tədbirlər planının təsdiq olunması gözlənilir. Nazirlik həmçinin əmək bazarında keyfiyyətin, bilik və bacarıqlarını artırılması istiqamətində fəaliyyət göstərir. 2016-ci ildən peşə standartları hazırlanması istiqamətində işləyirik. Ötən müddət ərzində 300-ə yaxın peşə standartının hazırlayıb, işə götürənlərin istifadəsinə vermişik. Bu il də 300-ə yaxın bu standartların hazırlanması təmin olunacaq. Bu gün ölkədə passiv məşğulluq tədbirlərindən aktiv məşğulluq tədbirlərinə keçidlə bağlı ciddi işlər həyata keçirilir".

Günay Elşadqızı / METBUAT.AZ