Qaradağda bacısının azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Eldar Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış edərək Eldar Mürsəlovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Proses aprelin 4-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən il Qaradağ rayonunda qeydə alınıb. Eldar Mürsəlov azyaşlı olan bacısı qızı Nigara (ad və soyad şərtidir - red.) təcavüz edib.
Eldar Mürsəlov azyaşlı qıza qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Eldar Mürsəlov həbs edilib.
İstintaq orqanı tərəfindən Eldar Mürsəlova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib