Əfqanıstanın qərb və şimal hissələrində daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, şiddətli yağıntıların səbəb olduğu daşqınlar Herat, Badgis və Fəryab əyalətlərində ciddi fəsadlar törədib.

Bundan başqa, 20-dən çox sakin xəsarət alıb, 10-dan çox şəxs itkin düşüb.

Yüzlərlə ev, kənd təsərrüfatı sahələri dağılıb.