İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında genişmiqyaslı əməliyyatlara hazır olmaq üçün orduya əmr verib.
Metbuat.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, Qəzza ilə sərhəd bölgəyə gələn hökumət başçısı, əraziyə daha çox hərbi qüvvə və texnikanın cəlb edilməsini tapşırıb.
Onun sözlərinə görə, İsrail ordusunun qüdrəti ona istənilən əməliyyatı yerinə yetirməyə imkan verir. Yerli dairələr əməliyyatların yaxın saatlarda başlaya biləcəyini istisna etmir.
Sübhan / METBUAT.az