Artıq 10-cu gündür ki, aramsız yağan yağışlar İran şəhərlərinə ziyan vurmaqda davam edir.

Metbuat.az İran mənbələrinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 45-i ötüb. Gülüstan İranın seldən ən çox ziyan görən vilayətidir. Vilayətin Gümüştəpə şəhəri tamamilə sel sularının altında qalıb. Əhali xilasedicilərlə birlikdə süni bəndlər quraraq sel sularının qarşısını almağa çalışır. İranda yeni il ilə əlaqədar tətil günləri davam etdiyi üçün məktəblər, xəstəxanalar və dövlət idarələri işləmir. Yerli mətbuatın yazdığına görə, şəhərdən su çəkilənə qədər tətil günləri davam etdiriləcək.

Hidrometeoroloqlar yağışın hələ 2 gün davam edəcəyini bildiriblər.