Çin və ABŞ Pekində keçirilən danışıqların növbəti raundunun gedişində ticarət sazişinin mətni üzrə yeni irəliləyişə nail olub.

Metbuat.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, martın 28-29-da Pekində ticarətdə fikir ayrılıqlarının aradan qaldırılmasına dair danışıqların səkkizinci raundu keçirilib. Məsləhətləşmələrdə Amerika tərəfini ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin, Çin tərəfini isə Dövlət Şurasının baş nazirinin müavini Lyu He təmsil ediblər. Tərəflər danışıqların gedişində ikitərəfli saziş mətninin detallarını müzakirə edib və bu istiqamətdə yeni irəliləyişə nail olublar.

Yüksək səviyyədə danışıqlar gələn həftə Vaşinqtonda davam etdiriləcək.