Fevralda Hindistanın İrandan xam neft idxalı ötən ilin eyni dövrünə görə 50 faiz azalıb.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu barədə Hindistanın Ticarət Statistikaları İdarəsi məlumat yayıb.

Bildirilir ki, Hindistan bu ilin fevralında İrandan 1,13 milyon ton neft idxal edib. Ötən ilin eyni ayında isə bu göstərici 2,27 milyon ton olub.

Digər tərəfdən, 2018-ci ilin aprelindən cari ilin əvvəlinədək Hindistanın İrandan neft idxalı əvvəlki ilin müvafiq dövrünə görə 9 faiz artıb. Sözügedən dövrdə Hindistan şirkətlərinin İrandan neft idxalı 22,46 milyon ton təşkil edib.