Türkiyədə sosial media vasitəsiylə tanış olub kişiləri görüş bəhanəsiylə evə çağıraraq şantaj edən qadın və ona dəstək verən şəxslər həbs olunub.
Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs polisə müraciət edərək, internetdə tanış olduğu xanımla onun evində görüşdüyünü bildirib. Gəncin sözlərinə görə, xanımla sevişdiyi anlar gizlicə videoya çəkilərək, həmin görüntülərlə şantaj olunub.
Üstəlik, xanım və ona dəstək verən iki kişi tərəfindən əlləri bağlanılıb və 1 gün evdə saxlanılıb.Bu yolla ondan 25 min lirə pul alınıb. Hadisəylə bağlı 3 şübhəli nəzarətə götürülüb.
Sübhan / METBUAT.az