Abşeron rayonunda yanğın baş verib.
FHN-dən Metbuat.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 125 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxində mebel 2 m² sahədə və elektrik sobası yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.