Bakı. 5 may. REPORT.AZ/ Bakı Metropoliteninin "28 May" stansiyasının 2012-ci ildə təmirə bağlanmış əsas girişi bu gün sərnişinlərin istifadəsinə verilib.
Bu barədə "Report"a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qeyd edək ki, Bakı Metropoliteninin "28 May" stansiyasının əsas giriş-çıxışı təmir işləri ilə əlaqədar olaraq 11 iyul 2012-ci ildə bağlanmışdı.
Təmir işləri çərçivəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulmuşdu.