"10 aprel qazisi "ASAN xidmət" mərkəzlərində çalışır".
Metbuat.az-ın məlumatına görə, bunu Aprel hadisələrinə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, eləcə də bir neçə şəhid ailəsinin üzvləri "ASAN xidmət" mərkəzlərində müvafiq işlə təmin olunub:
"Bu gün 3 il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu uzun illərdən sonra Qarabağa dönüş yaratmış bir zəfərdir. Bu döyüşlərdə torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Bütünlükdə cəmiyyətə, eləcə də beynəlxalq aləmə bu işğalla barışmayacağımızı sübut etdik. Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik. Dövlətimiz də hər zaman şəhid ailələrinə, qazilərə xüsusi diqqət ayırır".
Günay Elşadqızı / METBUAT.AZ