Ağdam, 5 may, AZƏRTAC
Ağdam Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mini futbol üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının təşəbbüsü ilə keçirilən yarışda idarə, müəssisə və təşkilatların, kənd və qəsəbələrin komandaları iştirak ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Quzanlı köçkün qəsəbəsinin komandası birinci, Quzanlı qəsəbəsinin komandası ikinci, Ağdam Musiqi Kollecinin komandası üçüncü yeri tutub.
Qalib komandalara kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Mini futbol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb