Azərbaycanlı aktrisanın evini soydular - "Vəzifəli şəxsin qardaşı qızıdır"

Azərbaycanlı aktrisanın evini soydular - "Vəzifəli şəxsin qardaşı qızıdır"
10:52 5 Aprel 2019
77 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Çimnaz Sultanova qızıllarınının tanınmış bir xanım tərəfindən oğurlandığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu haqda "Bizimləsən" verilişində deyib. O bildirib ki, qadın dekabrdan bu yana ona oğurladıqlarını qaytaracağına söz versə də, etməyib:

"Biri var tanımadığın, biri də var tanıdığın biri oğurluq edir. Böyük rütbəli şəxsin qardaşı qızı evimdə nə qızıl, brilyant var idi aparıb. İnsan yalvarır ki, əmimin, anamın adını heç yerdə çəkmə, 2 ay içində 50 min qaytaracam. 

Tanınmış adamdır, şou-biznesdə hamı onu tanıyır. Hadisə dekabrda olub, söz verdiyim üçün susdum. Hər yerdə məni "qara siyahı"ya atdı. İki gün əvvəl bir qız məni yığdı ağladı ki, mənə də 21 min manat atıb. Susurdum, söz verdiyim kimi. Xanımın əmisi vəzifəli şəxsdir, bizi onla qorxudur. Anası əməkdar incəsənət xadimidir. Bir millət vəkilinin də qohumudur. Şou-biznesdə çoxları onun dələduzluğunun qurbanı olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/744375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR