Böyük Britaniyanın Baş naziri Avropa İttifaqından möhlət istəyib

Böyük Britaniyanın Baş naziri Avropa İttifaqından möhlət istəyib
12:52 5 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskdan möhlət istəyib. 
“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, məktubunda “Brexit”in (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) müddətinin 2019-cu il iyunun 30-na keçirilməsini xahiş edib.
Qeyd edək ki, aprelin 4-də Böyük Britaniya parlamentinin İcmalar Palatası hökumətin üzərinə "Brexit"i yenidən təxirə salmaq xahişi ilə Avropa İttifaqına (Aİ) müraciət etmək öhdəliyi qoyan qanun layihəsini bir səs çoxluğu ilə qəbul edib. Üçüncü oxunuşda 313 deputat sənədin lehinə, 312 deputat isə əleyhinə səs verib. Qanun layihəsi aprelin 12-də Böyük Britaniyanın Aİ-dən sazişsiz çıxmasının qarşısını almağa yönəldilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mey-tuskdan-mohlet-xahisi-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR