“Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u darmadağın edib

“Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u darmadağın edib
23:57 6 Aprel 2019
65 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da futbol üzrə Türkiyə Superliqasının XXVII turu çərçivəsində keçirilən oyunda "Qalatasaray" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Türk Telekom Arena"da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Oyunun 45-ci dəqiqəsində "Qalatasaray"ın hücumçusu Mbaye Diaqne hesabı açıb. Mbaye Diaqne 50-ci dəqiqədə Əmrə Akbabanın ötürməsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qolunu da vurub. Mbaye Diaqne 89-cu dəqiqədə het-trikini və komandasının qələbəsini rəsmiləşdirib. Bu qol qonaqların bütün ümidlərini puç edib. Görüş 3:0 hesabla bitib.

Bu oyundan sonra "Qalatasaray" turnir cədvəlində 55 xalla 2-ci pillədəki yerini qoruyub. Malatya təmsilçisi isə 37 xalla 5-ci olub.

Günün digər qarşılaşmasında "Alanyaspor" doğma meydanda "Bursaspor"u minimal hesabla (1:0) məğlub edib. "Kayserispor" isə səfərdə 3:1 hesabla "Sivasspor" üzərində qələbəsini rəsmiləşdirib.

Türkiyə Superliqasında XXVII turun digər oyunları aprelin 7 və 8-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR