Silahlılar Meksikanın sabiq prezidentinin evinə hücum etməyə çalışıblar

Silahlılar Meksikanın sabiq prezidentinin evinə hücum etməyə çalışıblar
11:08 7 Aprel 2019
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bir qrup silahlı şəxs Meksikanın sabiq prezidenti Visente Foksun evinə hücum etməyə çalışıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə V.Foks öz "Facebook" səhifəsində yazıb.

Sabiq prezident bildirib: "Bu səhər silahlı qruplaşma mənim evimə, mənim şəxsi həyatıma daxil olmağa çalışıb, bu, qanunçuluq prinsiplərinə uyğun olmayan ciddi vəziyyətdir. Bu ciddi vəziyyət dərhal dövlət tərəfindən reaksiya tələb edir və mən mənim şəxsi və ailəmin təhlükəsizliyinə görə məsuliyyəti birbaşa (prezident) Andres Manuel Lopes Obardorun üzərinə qoyuram".

2000-2006-cı illərdə prezident olan Visente Fiks hücumun təfərrüatları barədə məlumat verməyib.

Hazırkı prezident Andres Manuel Lopes Obardor bildirib ki, general Luis Kresensio Sanval Qonsales, müdafiə nazirinə sabiq prezident Foks və onun ailəsini qoruyacaq təhlükəsizlik qvardiyası yaratmağı tapşırmışam.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR