AQTA rəsmisi aparılan radioloji və toksikoloji ekspertizalara

"Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır" Bu fikirlər Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur.

Bir neçə gün əvvəl AQTA-nın "Qaynar xətt"inə körpələrimiz-gələcəyimiz üçün təhlükə ola biləcək faktla bağlı məlum məlumat daxil olduqdan və bir neçə şikayətin əsaslı olduğu öz təsdiqini tapdıqdan sonra aidiyyəti qurumla birgə həyata keçirilən tədbirlər də məhz bu cür yanaşmanı tələb edir.

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev sosial şəbəkədəki hesabında qeyd edib.

O, əlavə edib: Açıqlamalarda diqqət yetirdizsə uşaq yeməyi qablarında tapılmış yad cismlərin (torpaq, qum, daş hissəcikləri) radioloji və toksikoloji ekspertizasının aparıldığı da qeyd olunmuşdu. Ancaq təssüf ki, bu fakt bir çoxlarının diqqətindən yayındı.

Təbii ki, qida təhlükəsizliyi anlayışı cəmiyyətimiz üçün yeni olduğundan hər kəsin bu tipli hadisələrə reaksiyası adekvat olmaya bilər. Ancaq söhbət insan həyatından, xüsusi ilə ən həssas qrup olan körpələrdən gedirsə heç bir tərəddüd etmədən risk almaq və sivil ölkələrdə olan mövcud prosedurlar uyğulanmalı idi. AQTA belə də etdi! Çünki aparılan analizlərin nəticələri daha kəskin və təsəvvür belə edə bilmədiyimiz təhlükələri üzə çıxara bilər və verilmiş gec reaksiya nəticəsində körpə həyatları itirilə bilərdi. Mən hələ radioloji təhlükənin miqyasından danışmaq istəmirəm. Xoşbəxtlikdən bunların heç biri baş vermədi.

Ən inkişaf etmiş ölkələrdə belə daxil olmuş bir anonim siqnal əsasında iri ticarət şəbəkələri və hava limanları boşaldır, insanlar təxliyyə olunur, günlərlə arama işləri aparılır. Ancaq hər hansı təhlükəli, partlayıcı maddə tapılmadıqda bu həmin əməliyyatı uğursuz saymağa əsas vermir.

Mən bir vətəndaş olaraq bu cür həssas məsələlərə biznes marağı ilə yanaşmanın doğru olmadığını düşünürəm. Ancaq təəssüf ki, sosial şəbəkələrdən bu cür yanaşmaların olduğunu da müşahidə etdim.

Uzün sözün qısası, həmin fikirdə olan dostlarıma demək istəyirəm ki, bir uşaq həyatının qazanılması ən uğurlu biznesin itirilməməsindən daha dəyərlidir!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR