"Öz işimi maksimum yerinə yetirirəm"

"Öz işimi maksimum yerinə yetirirəm"
18:57 7 Aprel 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

Oyuna hazırlaşmaqla bağlı iradım yoxdur. Futbolçular oyuna yaxşı hazırlaşmışdılar. Rəqibin təhlükəli olduğu mövqeləri məsuliyyətlə, diqqətlə izləyirdilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı nəticədən razı qalmasa da, futbolçularının oyunundan razılığını bildirib:

"Matçın əvvəlindəki kiçik konsentrasiya itkisi qolla nəticələndi. Sonradan qol vurduq. Futbolçular taktiki olaraq funksiyaları yerinə yetirdilər. Oyunun sonlarında buraxdığımız qol məğlubiyyətə səbəb oldu. Bu üzdən üzgünük. Stiven Monroz və Ceyms Adeniyi həm fərdi, həm komanda şəklində müsbət keyfiyyətlərə malikdirlər. Çalışırdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Bəzi epizodlar qane etdi. Əlbəttə, daha yaxşı oynaya bilərlər. Amma sonda məğlub olduqsa, deməli təkcə onlar deyil, hamımız haradasa səhv eləmişik. Mən öz işimi maksimum yerinə yetirirəm. Çempionatın əvvəlində bəxt səbəbindən çox xallar itirdik. İndi bunun acısını çəkirik. Nəticədən isə narazıyam. Hər oyuna fərqli tapşırıqlarımız var. Sabah-la görüşü saymasaq, komandadan narazılığım yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR