"Şamaxinka"da daha tıxac olmayacaq - VİDEO

"Şamaxinka"da daha tıxac olmayacaq - VİDEO
23:44 7 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısı alınacaq. Nə piyadalar, nə də avtomobillər sürücülər bir-birinə mane olmayacaqlar. Çünki ərazidə yerüstü keçidin tikintisinə başlanılıb.
 
 
Pik saatlarda burda hər zaman tixac və qarışıqlıq yaranırdı. Piyadalar və sürcülər bir-birnə mane olurdular. Ancaq ərazidə tikintisi başlayan yerüstü keçid bu problemi aradan qaldıracaq.
 
Yerüstü keçidin tikilməsi həm sürücülərin həm də piyadalın ürəyincə olub.
 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
 
 
(xezerxeber)
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR