Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 830 milyon manatdan çox olub

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 830 milyon manatdan çox olub
08:57 8 Aprel 2019
27 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 834,4 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 523,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 62,7 faizini təşkil edib.

Hesabat dövründə iaşə dövriyyəsi isə əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 130,4 milyon manat olub.

Dövriyyənin 49,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-fevral aylarına nisbətən 10 faiz artaraq 65 milyon manat təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/745129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR