RƏZALƏT! "Cin çıxaracam deyib cinsi əlaqəyə girirdi"

Kocaeli, Körfəz rayonu 11 il əvvəl Məryəm Tahnal (35) və qızı Məlikənin(8) itkin düşməsilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan Palu ailəsinin 6 üzvünün mühakimə olunmasına başlandı.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, məhkəmədə davamlı cinlər və pərilərlə bağlı ifadələr işlədilməsi məhkəmə sədrinin da reaksiyasına səbəb olub.

İclasda ifadə verən digər müttəhim isə qızı Məryəm Tahnalın Tuncer Ustael tərəfindən əziyyət gördüyünü və Ustaelin özlərini qorxudaraq təsiri altına aldığını söyləyib.

Hava Palu həccə gedib gəldiyini və yalan söyləyə bilməyəcəyini dilə gətirərək, yaşadıqları hadisələri bu şəkildə danışıb:

" Ölən Məryəm də mənim qızımdır. Qızım Məryəm evləndikdən sonra problemləri olub. Evə geri qayıtdı. 2006 ilin də həyat yoldaşım, Məryəmin ərini öldürdüyü üçün həbsxanaya girdi. 2008-ci ildə Tuncer Ustael, İstanbul İkitellidə yaşayarkən bizi cinlərin bürüdüyünü, özünün bizi qoruyacağını bildirərək Körfəzdəki evimizə köçdü. Evdəki cinləri çıxaracağını deyib. Bizi bunlarla qorxutdu. Həmçinin Tahnal ailəsinin bizim evimizə gəlib dama çıxdığını söylədi. Mən bunları görməmişəm, amma səslər eşidirdim. Bu dövrdə Tuncer bizi qorxudaraq hər şeydə nəzarəti ələ aldı. Mən həyat yoldaşımın maaşını çəkərək ona verirdim. Kirayə pullarını da ona verirdim. Bu dövrdə Tuncer cin çıxarmaq üçün evi sirkə ilə yuyurdu. Divarların əhəng çıxarmışdı. Qorxduğumuz üçün onun İstanbuldakı evinə köçdük. Orada da bənzər şəkildə bizi qorxudan hadisələri danışdı".

Tuncer Ustaelin Məryəm Tahnalı döydüyünü qeyd edən Hava "2008-ci ilin avqust ayında avtomobildə yaşamağa başladıq. Tuncer davamlı olaraq Məryəmi ölən ərinin ailəsinə məlumat verməklə günahlandırırdı. İstanbulda yaşamağa başladığımız andan etibarən Məryəmi döyməyə başladı. Üzünə və başına vururdu. Əsəbiləşəndə qızım Məryəmi döyürdü. İstanbuldakı evlərində yaşamağa başladığımızdan bəri ac saxlayırdı. Məryəmə 3 gündə 1 boşqab yemək verirdi. Biz o dövrdə hər gün az az yemək yeyirdik. İqtisadi vəziyyətimiz olmadığını deyirdi. Avtomobildə yaşadığımız vaxtlarda bu hadisələr bu şəkildə davam etdi. Tuncer yenə davamlı qızımı döyürdü. Qızımı ağaca bağlayıb, amma mən görməmişəm, sadəcə, eşitdim" deyib.

Hava qızının ölümünü isə belə danışıb:

"Məryəm xəstə olduğunu dedi. Adyal alıb yatdı. Sonra baxanda öldü. 2-3 gündür xəstəyəm deyirdi. Səslər eşitdik, uğultular eşitdik, gördük öldü. Məscidə aparıb yuyanda üzündə və bədənində zərb izləri gördüm. Məryəmi məsciddə yuduqdan sonra Tuncer və İsa aparıb basdırdılar. Məni 2 gün sonra məzarına apardılar. Məryəmin bir xəstəliyi yox idi, sadəcə, miqreni var idi. Ölmədən əvvəlki son 3 günə qədər Tuncer, Məryəmi döydü, ac qoydu. Aydın və soyuq təsirilə qızım bitki kimi yaşayırdı. Zərbədən sonra Məryəm halsız qalmışdı. Biz çətin şərtlərin təsiri ilə vəziyyəti dərk etməmişik".

Eyni zamanda qatillin cin qovmaq adı altında cinsi əlaqəyə girdiyi də vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR