Arıqladır, ağrıları aradan qaldırır

Arıqladır, ağrıları aradan qaldırır
23:27 8 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Razyana bitkisi bir ədviyyat kimi qədimlərdən istifadə edilir. Aşağı kalorili, doydurucu bir tərəvəz olan razyana həzm sisteminin də dostu kimi tanınır. Amma faydaları bununla bitmir:  

Milli.Az medicina.az-a istinadən razyananın faydaları təqdim edir:  

• Mədə qazı və gəyirmə problemlərini aradan qaldırır. 

• Spazmı aradan qaldırır. Əsasən də razyana toxumu kolik və bağırsaq sancılarını aradan qaldırır. 

• Qadın hormonu olan esterogen kimi davranan bir bitkidir. Ana südünü artırmaq və aybaşı pozuntusunu qaydaya salmaq üçün istifadə edilir. 

• Tərkibində razyana yağı olan siroplar bəlğəm gətirici xüsusiyyətə malikdir. Boğazı təmizləyir, rahat nəfəs almaq üçün kömək olur.  

• Razyananın tərkibində kalsiumun miqdarı çoxdur. Kalsium yüksək qan təzyiqini normaya salır. 

• Razyana çayı bədəndə su saxlamanı azaldır. Metobolizmi sürətləndirir, piylərin əriməsini təmin edir, iştahanı normaya salaraq arıqlamağa kömək olur. 
 
Razyana çayı: 

200 ml qaynar suya  1-2 çay qaşığı razyana toxumu atın və təxminən 5 dəqiqə boyunca dəmləyin. Yeməkdən əvvəl isti halda için. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/745242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR