"Report" xəbər verir ki, "EuroFinans"ın Türkiyədə 11-ci dəfə təşkil etdiyi və "Nağd vəsait, xəzinədarlıq və risk menecmenti" mövzusunda keçirilən konfransa ölkənin aparıcı şirkətlərinin yüksək ranqlı xəzinə və maliyyə menecerləri qatılıblar. İştirakçıların sadəcə 15%-nin müəssisələrin ölkədə qarşıdakı 12 ay ərzində fəaliyyətinin pozitiv olacağını düşünür. Eyni müddətdə Türkiyənin iqtisadi inkişafı barədə neqativ fikirdə olan iştirakşıların sayı isə 83% olub.
"EuroFinans"ın müdir müavini Katerin Morton "Türkiyədəki şirkətlər üçün, xüsusilə valyuta məzənnələrinin təsiri ilə yanaşı, daxili və xarici geosiyasi risklər səbəbi ilə çətin bir il olacağını düşünürük. Amma, uzunmüddətlı perspektivdə menecerlərin ehtiyatlı davrandıqlarını və müsbət fikirdə olduqlarını görürük", deyə bildirib.