Bakı şəhəri üzrə bir hakimin üzərinə bir ay ərzində 100-dək mülki iş düşür".

Metbuat.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov "Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, bu tək mülki işlərdir: "Burada cinayət işləri, inzibati xətalarla bağlı işlər var, hakimlərin çoxsaylı yazışmaları var və s. Bütün bunların hamısını nəzərə alsaq, hakimlərin üzərinə kifayət qədər çox iş düşür. Təbii ki, bu məsələ də prezident İlham Əliyevin 3 aprel 2019-cu il Fərmanında öz əksini tapıb. Təsadüfi deyil ki, fərmanda hakimlərin ümumi ştat sayının 200 vahid artırılması nəzərdə tutulur. Bu realizə ediləndən sonra hesab edirik ki, hakimlərin iş yükü əhəmiyyətli dərəcədə azalacaq. İş yükünün azalması təkcə hakimlərin ştat vahidinin artırılması ilə bağlı deyil, bunun bağlı digər tədbirlər də görüləcək".

Bakı şəhər üzrə hakimlərin 1 ay ərzində baxdığı

Bakı şəhər üzrə hakimlərin 1 ay ərzində baxdığı

Bakı şəhər üzrə hakimlərin 1 ay ərzində baxdığı

Bakı şəhər üzrə hakimlərin 1 ay ərzində baxdığı


Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev

Ədliyyə Nazirliyi və Mətbuat Şurası brifinq keçirir -