Bakıda “SHAQMAN” “London taksisi”ni əzdi

Bakıda “SHAQMAN” “London taksisi”ni əzdi
08:26 15 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda yük maşının iştirakı ilə yol qəzası qeydə alınıb. Məlumata görə, rayon ərazisində “London taksisi” ilə “SHAQMAN” markalı yük avtomobili toqquşub. Natiq Babayevin idarə etdiyi “London taksisi” Əbdülrəhim Bəy Haqverdiyev küçəsi ilə İnşaatçılar prospektinə doğru istiqamət götürüb. Müştəri axtasınca gedən taksi Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən “SHAQMAN” markalı yük avtomobilinin zərbəsinə tüş gəlib.

Qəza xəsarətsiz ötüşsə də, “London taksisi” yararsız hala düşüb. Diqqət çəkən məqam isə yük maşını sürücüsünün hadisədən sonra yoxa çıxması olub. Şahidlərin sözlərinə görə, “SHAQMAN”ın sürücüsü maşını ərazidə ataraq hadisə yerindən uzaqlaşıb. Hər halda yol polisinin araşdırmaları bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR