"Report" "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Nazirlər Kabineti tərəfindən açıqlanıb.
Nazirlər Kabinetinin növbədənkənar iclasının yekunlarına görə, DFX-nin sədr müavini vəzifələrinə Konstantin Likarçuk və Sergey Bilan təyin olunub.
Qeyd edək ki, Roman Nəsirov həmçinin Ukrayna parlamentinin vergi və gömrük siyasəti məsələləri üzrə komitəsinin rəhbəri, Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədridir.