Taksidə siqaret çəkilməsinə görə inzibati xəta haqqında işlərə DİN baxacaq - FƏRMAN

Taksidə siqaret çəkilməsinə görə inzibati xəta haqqında işlərə DİN baxacaq - FƏRMAN
17:37 15 Aprel 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən fərmanın 5.27-1-ci bəndinə "Nazirliyi," sözündən sonra "taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi," sözləri əlavə edilir.

"İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə "322.0.2," rəqəmlərindən sonra "322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə)," sözləri əlavə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/747220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR