Bakı, 5 may, AZƏRTAC
Mayın 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yerləşən parkda Nərimanov Rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə konsert olacaq. Konsert ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr ediləcək.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tanınmış incəsənət ustalarının və rəqs qruplarının ifasında baş tutacaq konsertin sonunda atəşfəşanlıq olacaq.