Bakı, 5 may, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 2-ci sinif dərslik dəstlərinin elmi metodiki monitorinqi başa çatıb (Azərbaycan bölməsi üzrə: 11 dərslik və 12 müəllim üçün metodik vəsait; rus bölməsi üzrə: 8 dərslik və 9 müəllim üçün metodik vəsait; cəmi 40).
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirələr nəticəsində formalaşdırılmış yekun rəylər Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda (http://www.derslik.edu.az/monitoring/level2/) yerləşdirilib.