“Kişi bir-iki saatlıq kefə görə ailəsini qurban verər?” – Cavanşir Məmmədov - VİDEO

“Kişi bir-iki saatlıq kefə görə ailəsini qurban verər?” – Cavanşir Məmmədov - VİDEO
18:38 23 Aprel 2019
Ölkə mətbuatı
A- A+

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi əməkdar artist Cavanşir Məmmədov olub.

Publika.az əməkdar artist gündəmə gəlmək üçün dəridən-qabıqdan çıxan, sponsorları ilə öyünən, insanlara pis örnək olan şou əhlinə od püskürüb:

“Biz şou-biznes adamı deyilik, sənət adamıyıq. Şou-biznes o demək deyil ki, nə istəsən et, gündəmə gəl. Gündəmə sənətkar yox, sənət adamı kimi gələ bilərsən”.

Cavanşir Məmmədov olduqca ağır kəlmələrdən istifadə edərək sadəcə özünün bildiyi ünvana daş atıb:

“Sanballı sənət adamı kimi gəl gündəmə. Təki özümü bura soxum, qapı açıqdı, girim yer taparam deyirlər. Sən nəyi nə ilə sintez edirsən? Gözümün içinə yaxşı bax, sənə deyirəm. Sənətə o cür gəlmirlər. Günah sizdə yox, bizim kişilərdədir ki, pul verib aparır məclisə. Arvadı, qızı ilə şəkil çəkdirir. Kişi bir-iki saatlıq kefə görə nəslini, ailəsini qurban verər? Mentalitet deyəndə, palazın altında danışırıq? Biz kimik, kim olmuşuq, hara gedirik? Gözəl musiqisi olan bir xalqın içərisində alaq otları var ki, ziyan verirlər”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/276516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR