Zelinskinin qələbəsi

Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkiləri ilə bağlı rəsmi məlumat yayıb. Metbuat.az xəbər verir ki, Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelinski seçkilərin ikinci turunda 73,22 faiz səslə qələbə qazanıb.

Ölkənin hazırkı prezidenti Petr Poroşenko isə 24,45 faiz səs yığa bilib. Qeyd olunub ki, elektron protokolların 100 faizi hesablanıb. Bülletenlərin 2,31 faizi etibarsız sayılıb.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR