Maşın gətirmək istəyənlər diqqət:

Komersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəl qısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.

Metbuat.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib.

Öncədən qısa bəyannamə təqdim etməyənlər isə cərimələnəcəklər.

Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin bir malı gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə, o, vəzifəli şəxs kimi cərimələnəcək.

Elektron formada qısa gömrük bəyannaməsi Egov.az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimuma endirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR