Azərbaycana külli miqdarda xarici valyutanın qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycana külli miqdarda xarici valyutanın qanunsuz keçirilməsinin qarşısı alınıb
09:57 24 Aprel 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, Rusiya istiqamətindən komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobilə baxış keçirilib.
Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycana-kulli-miqdarda-xarici-valyutanin-qanunsuz-kecirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR