Bu barədə “Report”a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova məlumat verib.
Onun sözlərinə görə, bunlar alacağı məbləğ 500 manatdan az olan müştərilərdir. Onlara ödəniş 1 497 poçt şöbəsinə həyata keçirilib.
“Mayın 1-dən sonra kompensasiya məbləği 500 manatdan çox olan müştərilərə xidmət göstəriləcək. Onlar ödənişlərini qeyri-nağd formada (kartla) 77 poçt şöbəsində ala biləcəklər”, - deyə “Azərpoçt” rəsmisi qeyd edib.